Sorğu: Amerikada ayrı-seçkiliyə ən çox müsəlmanlar məruz qalır
Posted on : Digər sahələr 03/09/2019
ABŞ-da keçirilən yeni bir sorğu, ölkədə ən çox ayrı-seçkiliyə məruz qalan qrupun müsəlmanlar olduğunu göstərdi.
ABŞ-da keçirilən yeni bir sorğu, ölkədə ən çox ayrı-seçkiliyə məruz qalan qrupun müsəlmanlar olduğunu göstərdi.
Tashaio.com Reuters-ə istinadən xəbər verir ki, Sorğu ABŞ-ın məşhur xəbər portallarından “The Hill” və araşdırma şirkəti “HarrisX” birgə təşəbbüsü ilə həyata keçirilib.
1-2 mart tarixlərində 1300 seçici üzərində keçirilən sorğuda iştirak edənlərin 85%-i ABŞ-da ən çox müsəlmanların ayrı-seçkiliyə məruz qaldığını bildirib. Müsəlmanlardan sonra 79%-lə yəhudilər gəlir.
Sorğu iştirakçılarının 61%-i xristianların, 55%-i isə ateistlərin də ayrı-seçkiliyə məruz qaldığını düşündüklərini bildiriblər.
ABŞ-ın Nümayəndələr Palatasının ilk hicablı müsəlman üzvü İlhan Omarın İsrail rejimi ilə əlaqədar sözlərindən sonra başlayan müzakirələrin kölgəsində aparılan sorğu, ölkədəki dini ayrı-seçkiliklə əlaqədar baxışları göstərməsi baxımından əlamətdardır. İ.Omarla bağlı mübahisələr davam edərkən, Amerika-İslam Əlaqələri Şurası (CAİR) tərəfindən açıqlanan yeni bir araşdırma son dövrdə ölkədə islamofobiyanın yüksəlməkdə olduğunu göstərib.
İ.Omara dəstək verən amerikalı müsəlmanlar da ABŞ-dakı əsas ayrı-seçkiliyin müsəlmanları hədəfə aldığını və İ.Omarın açıqlamalarının təhrif olunduğunu iddia etmişdilər.