Suriyada İŞİD-in əlində qalan sonuncu kənddən insanlar təxliyə edildi
Posted on : Digər sahələr 02/21/2019
İŞİD-in Suriyada nəzarətində saxladığı sonuncu kənd olan Bağuzdan vətəndaşları təxliyə edən yük maşınları görünüb.
İŞİD-in Suriyada nəzarətində saxladığı sonuncu kənd olan Bağuzdan vətəndaşları təxliyə edən yük maşınları görünüb.
Tashaio.com xəbər verir ki, cəbhə xəttindəki jurnalistlər Bağuzu tərk edən kişi, qadın və uşaqla dolu ən azı 15 maşını görüblər.
BBC-də gedən xəbərə görə, bölgəni mühasirəyə alan ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri (SDQ) təxliyə olunanlar arasında İŞİD yaraqlılarının olub-olmadığını hələlik bilmədiklərini açıqlayıb.
Suriya İnsan Haqları Manitorinq Mərkəzi (SOHR) isə, bütün milli insanların və yaraqlıların Bağuzu tərk etdiyini yazıb. SOHR öz mənbələrinə əsaslanaraq verdiyi məlumata görə, İŞİD yaraqlılarının SDQ ilə aparılan geniş müzakirələrdən sonra təslim olmağı qəbul etdiyini bildirib.
BMT fevralın 21-i Bağuzda qalan 200 ailənin aqibətindən narahat olduğunu açıqlamışdı.