Venesueala Müdafiə Nazirliyi: Hərbçilər ölənə qədər Maduroya sadiqdir
Posted on : Digər sahələr 02/21/2019
Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes, Trampın təhdidlərinə cavab olaraq bildirib ki, onlar və Venesuelanın hərbi qüvvələri prezident Nikolas Maduroya ölümlərinə qədər sadiq olacaqlar.
Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes, Trampın təhdidlərinə cavab olaraq bildirib ki, onlar və Venesuelanın hərbi qüvvələri prezident Nikolas Maduroya ölümlərinə qədər sadiq olacaqlar.
"Tashaio.com"un "parstoday.com" agentliyinə istinadən verdiyi xəbərə görə, Padrino Lopes bildirmişdir: "Venesuelanın əsgər və zabitləri heç vaxt xarici dövlətin hakimiyyətinə tabe olmayacaqlar".
Nazir əlavə etmişdir ki, Maduronu devirərək yeni hakimiyyət qurmaq üçün çalışan müxalifət gərək Venesuela hərbiçilərin cəsədləri üzərindən keçərək bunu etsin. Onun sözlərinə görə, sərhəddən gözlənilən hər hansı bir müdaxilənin qarşısını almaq üçün, Venesuela hərbi qüvvələri sərhədlərdə yerləşdiriləcək.
Tramp Venesuela hərbçilərini Maduroyla qaldıqları halda onları hədələyərək, bu halda onlar üçün heç bir təhlükəsizliyin olmamasını bildirmişdir.