İranın bu əyalətində 3 gün matəm elan olundu
Posted on :
iran
02/14/2019
İranın Sistan və Bəluçistan əyalətində ötən axşam baş vermiş terrorla əlaqədar 3 gün matəm elan olunb.
İranın Sistan və Bəluçistan əyalətində ötən axşam baş vermiş terrorla əlaqədar 3 gün matəm elan olunb.
Tashaio.com “Fars” agentliyinə istinadən xəbər verir ki, Sistan və Bəluçistan əyalət başçısı terror hadisəsini pisləyib, şəhid olan şəxslərin ailələrinə başsağlığı deyib və bu gündən əyalətdə 3 gün matəm elan edib.
Qeyd edək ki, rəsmi məlumatalara görə, iranın cənub-şərqində yerləşən Sistan və Bəluçistan əyalətlərində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbçilərini daşıyan avtobusa edilən terror hücumunda ölənlərin sayı 27 nəfərə çatıb,13 nəfər isə yaralanıb.
Partlayışa görə məsuliyyəti "Ceyşül-ədl (zülm) " qruplaşması öz üzәrinә götürüb.