header

 Rusiya: ABŞ və İŞİD-in əlaqələri haqda yeni sübutlar var

Rusiya XİN bəyanatla çıxış edib.

Tashaio.com-un “Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, Əfqanıstandakı vəziyyəti şərh edən rusiyalı diplomatlar ABŞ və İŞİD terror təşkilatı arasında əlaqələrin olmasına dair sübutların üzə çıxmağa davam etdiyini bildiriblər.

Diqqətinizə çatdırırıq ki, ABŞ-ın İŞİD-çilərlə bir başa olmasa da,  dolayı əlaqələrinin olmasının sübutları daxil olmağa davam edir. Söhbət “Taliban” hərəkatının bu yaxınlarda yaydığı bəyanatdan gedir. Həmin bəyanatda deyilir ki, ABŞ xüsusi təyinatlıları Əfqanıstanın Baqdis əyalətində “Talibana” məxsus həbsxanalardan birinin ələ keçirilməsi üzrə məqsədyönlü reyd keçiriblər. Həmin həbsxnada isə, 2018-ci ilin Avqust ayında Əfqanıstanın şimalında əsir götürülmüş İŞİD terrorçuları saxlanılırdı.”, - deyə Rusiya XİN-dən bildiriblər.

Qeyd edilir ki, xüsusi təyinatlılar bütün bu şəxsləri naməlum istiqamətdə aparıblar. Bəzi məlumatlara görə, onlar arasında Rusiya və Mərkəzi Asiya ölkələrinin vətəndaşları da olmuş ola bilər.

XİN-dən deyiblər ki, bu, “ABŞ-ın bu addımı atmaqla məlumat sızmasının qarşısını almaq istəməsi” haqda fikir yaradır. Sözügedən İŞİD terrorçuları isə öz həqiqi sponsorları barədə məlumat verə bilərdilər.

Həmçinin xəbərdarlıq edilib ki, Ağ Ev  KİV-lər vasitəsi ilə “Moskvanı İŞİD-lə əlaqədə” ittiham etməyə hazırlaşır.

Rusiya XİN bəyanatla çıxış edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-17-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap