header

 Qoşunların Suriyadan sürətlə çıxarılacağına söz vermirəm -Donald Tramp

Vaşinqton Suriyadan qoşunlarını geri çəkməyə hazırdır, amma prosesin bu yaxınlarda baş verəcəyini heç kim deməyib.

 

“Tashaio.com” "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

 

Onun sözlərinə görə, ABŞ qoşunlarının Suriyadan çıxarılması barədə qərar dəyişməz qalır.

 

Tramp xatırladıb ki, Birləşmiş Ştatların prezidenti seçildiyi vaxtlarda Suriya və İraq ərazisinin böyük hissəsi İŞİD terrorçularının nəzarəti aldında idi, ancaq hazırda İraqda bu təhlükə tamamilə aradan qaldırılıb, Suriyada isə az sayda terrorçu qalıb.

 

Prezidentin sözlərinə görə, region ölkələri İŞİD-lə mübarizə aparmaq üçün aktiv addımlar atmalıdırlar.

 

"Rusiya və İran İŞİD-ə nifrət edirlər. Bəlkə də bizim qədər olmasa da Türkiyə də İŞİD-ə nifrət edir. Bütün bu ölkələr İŞİD-ə nifrət edirlər", Tramp deyib.(SalamNews)

Vaşinqton Suriyadan qoşunlarını geri çəkməyə hazırdır, amma prosesin bu yaxınlarda baş verəcəyini heç kim deməyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-07-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap