header

 AİP lideri Horadiz əməliyyatından danışdı

Hacı Mövsüm Səmədov: “İnanıram ki, döyüş şəraiti yaradıldığı halda Azərbaycan xalqı düşmən üzərində qəti qələbə çalmağa qadirdir”

Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin ən uğurlu əməliyyatlarından olan Horadiz döyüşlərinin uğurla başa çatmasının 25 ili tamam olur.

 

Məlum olduğu kimi, Silahlı Qüvvələrimiz 1994-cü il yanvarın 5-də və 6-na keçən gecə keçirdiyi uğurlu əməliyyatla Horadiz qəsəbəsi də daxil olmaqla, Füzuli rayonunun 21, Cəbrayıl rayonunun isə 1 yaşayış məntəqəsini (Cocuq Mərcanlı kəndi) erməni işğalçılarından azad edib. Döyüşlər zamanı erməni tərəfi böyük itkilər verib.

 

“Tashaio.com”-nə Azərbaycan İslam Partiyasının mətbuat bürosundan daxil olan məlumatda bildirilir ki, həbsdə olan AİP sədri Hacı Mövsüm Səmədov yaxınları ilə görüşdə bu tarixi gün münasibətilə öz fikirlərini ifadə edib. O vaxtlar Horadiz əməliyyatının, ermənilərin Beyləqan rayonuna planlaşdırdığı hücumunun da qarşısını aldığını vurğulayan AİP lideri ordumuzun həmin döyüşlərdə düşmənə öz gücünü göstərdiyini deyib. M.Səmədov həmçinin Milli Ordunun o vaxtki zəfər yürüşünün davam etdirilmədiyinə təəssüfləndiyini də bildirib: “Təəssüf edirəm ki, həmin dövrdə ordumuzun düşmənə göstərdiyi gücdən sonra əməliyyat öz davamını tapmadı. Nəticədə Qarabağ problemi bu qədər uzandı və ermənilər nəinki Dağlıq Qarabağ, hətta ətraf rayonlarda da sürətlə məskunlaşma siyasəti apardılar”.

 

AİP lideri sonda öz arzu və inamını da dilə gətirib: “Arzu edirəm ki, bütövlükdə işğal edilmiş Qarabağ torpağı tezliklə düşmən tapdağından azad olunsun. Və inanıram ki, döyüş şəraiti yaradıldığı halda Azərbaycan xalqı düşmən üzərində qəti qələbə çalmağa qadirdir”.

 

Hacı Mövsüm Səmədov: “İnanıram ki, döyüş şəraiti yaradıldığı halda Azərbaycan xalqı düşmən üzərində qəti qələbə çalmağa qadirdir”
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-06-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap