header

 Vaşinqton Post: “Qaşıqçı cinayəti şahzadənin ölkəni idarəetməsi barədə bizi ayıltdı”

Vaşinqton Post qəzeti Səudiyyə rejiminin qadın fəalları həbs edərək, işgəncəyə məruz qoyduğunu və əksər Qərb mediasının bu məsələyə maraq göstərmədiyini deyib.

Vaşinqton Post qəzeti Səudiyyə rejiminin qadın fəalları həbs edərək, işgəncəyə məruz qoyduğunu və əksər Qərb mediasının bu məsələyə maraq göstərmədiyini deyib.

 

Tashaio.com Sputnik-ə istinadən xəbər verir ki, Sarah Əzizə imzası və “Səudiyyə rejiminin qadın islahatçılara qarşı amansız davranışı bizi lap əvvəldən ayıltmalıydı” başlıqlı məqalədə, ölkədəki qadın fəallara qarşı rəftarlar qabardılıb.

 

Məqalədə insan haqları təşkilatlarının xəbərdarlıqlarına baxmayaraq, bir çox Qərb liderinin Səudiyyə rejiminin ədalətsizliklər əvəzinə gənc islahatçı vəliəhd şahzadə Məhəmməd bin Salmanın “Səudiyyə İntibahı”na diqqət yetirdiyi bildirilib. Yazar qadınlara qarşı avtomobildən istifadə qadağasının ləğv edilməsinə baxmayaraq, insan haqları məsələsində illərdir mübarizə aparan fəalların həbsxanalarda saxlanılmasına istehza ilə diqqət çəkib.

 

Məqalədə səudiyyəli jurnalist Camal Qaşıqçı cinayəti məsələsində ortaya çıxan dəlillərin vəliəhd şahzadə haqqında gələcəkdə qanuni bir lideri olub olmayacağı barədə şübhələr yaratdığı bildirilib: “Nəhayət Qaşıqçının bir kabus kimi öldürülməsi, vəliəhd şahzadənin ölkəni necə idarə etməsi barədə bizi ayıltdı. Halbuki, bu cinayət vəliəhd şahzadə tərəfindən yaradılmış amansız təzyiq modelinin yalnız bir tərəfidir”.

 

Beynəlxalq cəmiyyətin Məhəmməd bin Salmanı Qaşıqçının qətlindən xeyli əvvəl tənqid etməli olduğu iddia olunan məqalədə, bunlar yazılıb: “Vəliəhd şahzadə rəhbərliyinin təbiətindən şübhə etmək üçün bir vaxt var idisə, artıq o çox geridə qaldı. Tükürpətici işgəncə hesabatları bizə yanlış qiymətləndirməyə görə hələ də böyük bir əvəz ödəndiyini xatırladır və əksəriyyətimiz Səudiyyə rejiminin bir həbsxanasının içini görməsək də, peşman olmamış bir MbS təhlükəsi qlobal təhlükədir. Vəliəhd şahzadə, amansızlığı üçün ciddi bir əvəz ödəmədiyi müddətəcən, biz Səudiyyə Ərəbistanında, Yəməndə və müxtəlif yerlərdə daha çox qan tökülməsini görə bilərik”.

Vaşinqton Post qəzeti Səudiyyə rejiminin qadın fəalları həbs edərək, işgəncəyə məruz qoyduğunu və əksər Qərb mediasının bu məsələyə maraq göstərmədiyini deyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-11-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap