header

 Fransadan Səudiyyəyə xəbərdarlıq: Yəmən müharibəsi dayandırmalıdır

Fransanın müdafiə naziri Florence Barley Yəmən muharibəsinin təcili dayandırılmasının zərurətindən danışıb.

“Tashaio.com” əl-Aləmə istinadən xəbər verir ki, Fransanın “BFM” kanalına və "RMS" radiosuna müsahibə verən nazir, Yəmən müharibəsinin dayandırılmasının vacibliyinə toxunaraq deyib:

 

“Bu müharibə dayandırılmalıdır! Bu çox mühüm bir məsələdir! Bu Fransa üçün birinci dərəcəli bir məsələdir. Humanitar vəziyyətin yaxşılaşdırılması və yardımların çatdırılması Fransa üçün prioritet bir məsələdir.”

 

Nazir sözünün davamında deyib:

 “Ordakı vəziyyət bizi şok etdi. Fransa yeganə ölkədir ki, ölkə  prezidentinin göstərişi ilə və Səudiyyə və BƏƏ-nin də iştirakı ilə hümanitar konfrans təşkil edib.

Biz Birləşmiş Millətlər Təşkilatının yanında məsələyə davamlı olaraq təzyiq göstərməyə çalışırıq. Məsələ siyasi yolla həll olmalıdır. Çünki hərbi müdaxilənin nəticəsi yoxdur... Hazırda Yəməndə misli görünməmiş humanitar böhran yaşanır.”

 

Nazir sonda qeyd edrək deyib: “Biz uzun müddətdir Səudiyyəyə və BƏƏ-yə silah satmışıq. Mən sizə deyə bilmərəm ki, bizim satdığımız silahlar dinc əhaliyə qarşı istifadə edilməyib...”

 

Qeyd edək ki, BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Marc Lokocun verdiyi məlumata görə, indiyə qədər Səudiyyə və BƏƏ-nin Yəmənə təcavüzü nəticəsində Yəməndə 10 min insan həlak olub, 14 milyona yaxın insan acınacaqlı vəziyyətdədir.

Fransanın müdafiə naziri Florence Barley Yəmən muharibəsinin təcili dayandırılmasının zərurətindən danışıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-31-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap