ABŞ Hitler haqda şok faktları ifşa etdi
Posted on : Digər sahələr 10/17/2018
Həmin sənəddə həmçinin Hitlerin cinsi oriyentasiyası haqda da danışılır.
Tashaio.com-un “Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Adolf Hitlerin şəxsi həyatı barədə olan məruzəni məxfilikdən çıxarıb. Həmin sənəddə həmçinin Hitlerin cinsi oriyentasiyası haqda da danışılır.
1943-cü ildə antropoloq Henri Fild tərəfindən hazırlanmış məruzəyə əsasən, Hitler özündə homoseksual və heteroseksual oriyentasiyaları ehtiva edirdi.
“Onun seksual həyatı tamamilə siyasi baxışları kimi idi - ikili idi. O, eyni zamanda homoseksual və heteroseksual, sosialist və qatı nasist, kişi və qadın idi.”, - deyə sənəddə qeyd edilir.
Bundan başqa, bildirilir ki, Hitlerə homoseksual meylli sadomazoxist həvəslər də xass idi.