Rusiya, İran və Türkiyə prezidentlərinin görüşü Tehranda keçiriləcək
Posted on : iran 09/01/2018
Rusiya, Türkiyə və İran prezidentləri sentyabrın 7-də Tehranda görüşəcəklər. Kreml bu xəbəri artıq təsdiqləyib.
Rusiya, Türkiyə və İran prezidentləri sentyabrın 7-də Tehranda görüşəcəklər. Kreml bu xəbəri artıq təsdiqləyib. Tashaio.com-un Tass-a stinadla verdiyi məlumata görə, bu barədə RF prezidentinin Mətbuat Xidmətinin rəhbəri Dmitriy Peskov bəyan edib.
Bildirilir ki, sammit zamanı Türkiyə və Rusiya liderlərinin də ikitərəfli görüşü planlaşdırılıb.
Vladimir Putinin və Ərdoğanın görüşü zamanı müzakirə olunacaq mövzu barədə Peskov «ənənəvi» deyə cavab verib.
Suriya böhranının həlli üçün təşkil olunan Tehrandakı üçtərəfli sammit sayca üçüncü olacaq. Prezidentlər bundan əvvəl Soçi və Ankarada görüşmüşdülər.