header

 ABŞ-dan Türkiyəyə: Trampın səbrini sınağa çəkməyin

ABŞ-ın vitse prezidenti Türkiyənin həbs etdiyi amerikalı keşişlə bağlı yazıb.

Tashaio.com-un “Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ-ın vitse-prezidenti Mayk Pens qeyd edib ki, Türkiyə pastor Endryu Bransonun azad edilməsi məsələsində, yaxşı olardı ki, ABŞ prezidenti Donald Trampın səbrini sınamasın.

“Pastor Endryu Branson günahsız insandır... Türkiyə xəta ilə xaricdə həbs edilmiş amerikalıların evlərin qaytarılması məsələsində Trampın səbrini sınamamalıdır.”, - deyə Pens “Twitter” hesabında yazıb.

Daha öncə Ağ Evdən də bildirmişdilər ki, Tramp Bransonun hələ də azad edilməməsinə görə olduqca narazıdır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ağ Evin sanksiyalar vasitəsi və Türkiyənin maliyyə sisteminin sabitliyini pozmaq cəhdləri ilə Bransonun azad edilməsinə çalışmasını yolverilməz adlandırıb.

ABŞ-ın vitse prezidenti Türkiyənin həbs etdiyi amerikalı keşişlə bağlı yazıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-16-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap