İran: ABŞ-la danışıqlar məqbul deyil
Posted on : iran 08/16/2018
"Bütün tədbirlər müxtəlif vəziyyətlərin həlli üçün görülür”
Tashaio.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, İran İslam Respublikasının vitse-prezidenti İshaq Cahangiri ABŞ-ın düşmən siyasətini və onun nüvə sazişindən qeyri-qanuni çıxışını tənqid edərkən qeyd edib: “ABŞ hökumətinin İrana qarşı düşmən siyasəti və İrana qarşı ehtiramsızlığı nöqteyi-nəzərindən, rəsmi Vaşinqtonla danışıqlar qəbul-edilməzdir”.
İranlı diplomat ABŞ və ondan asılı KİV-lərin İrana qarşı təbliğat və psixoloji kampaniyasını şərh edərkən deyib: “ABŞ İrana təzyiq göstərərək İslam Respublikasını öz mövqeyindən geri çəkilməyə və boyun əyməyə məcbur etməyə çalışır, lakin xalq və rəhbərliyin səyləri sayəsində düşmənlər uğursuzluğa uğrayacaqlar”.
2017-ci ilin oxşar dövrü ilə müqayisədə İranın son 4 ayda neft satışının və valyuta gəlirlərinin həcmi üzrə daha yüksək mövqe tutduğunu qeyd edən Cahangiri əlavə edib ki, “bütün tədbirlər müxtəlif vəziyyətlərin həlli üçün görülür”