BƏƏ-nin döyüş təyyarələri İsrail rejimi ilə birlikdə Qəzzanı bombaladı
Posted on : Digər sahələr 08/11/2018
Yəhudi alim və analitik Edi Koen Twitter-də İsrail rejiminin Qəzzaya hücumları ilə bağlı bir məlumatı ifşa edib.
Yəhudi alim və analitik Edi Koen Twitter-də İsrail rejiminin Qəzzaya hücumları ilə bağlı bir məlumatı ifşa edib.
Tashaio.com Təsnimə istinadən xəbər verir ki, Edi Koen atdığı tvitdə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava qüvvələrinə aid bir təyyarənin Sionist İsrail rejiminin hava qüvvələrinə məxsus təyyarələrlə birlikdə, Qəzzaya hücum təşkil etdiyini bildirib. O, bunun 3 həftə əvvəl baş verdiyini yazıb.
Koenin BƏƏ ilə bağlı iddiasına Dubay Polisinin rəisi Daxi Halfana Təmimi cavab verərək, bu iddialarının həqiqəti əks etdirmədiyini bildirib.
Yəhudi analitikin Dubay Polisinin rəisinə cavabı isə gecikməyib. Koen atdığı tvitdə Daxi Halfanaya meydan oxuduğunu bildirərək, BƏƏ pilotlarının İsrail rejimində F-35 təlimi aldığını bildirib.