header

 Bəhreyn Əhli-Beyt (ə) alimlərinə qarşı həbslər etiraz doğurdu

Bəhreyn xalqı Bəhreyn Alimlər Şurasının sədri Şeyx Məcid Əl-Məşalın dərhal azadlığa buraxılması üçün etiraz aksiyası keçiriblər.

Bəhreyn xalqı Bəhreyn Alimlər Şurasının sədri Şeyx Məcid Əl-Məşalın dərhal azadlığa buraxılması üçün etiraz aksiyası keçiriblər.

 

Tashaio.com RevolutionBahrain-ə istinadən xəbər verir ki, Bəhreynli nümayişçilər Şeyx Məşalın şəkillərini daşıyaraq, onun azadlığa buraxılması və ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah İsa Qasıma dəstək üçün şüarlar səsləndiriblər.

 

Bu arada, bəhreynli fəal Əli Şumayma da, Bəhreynin Londondakı səfirliyinin qarşısında oturaraq, Şeyx Məşalın şəkilini qaldırıb, onun azadlığa buraxılmasını tələb edib.

 

Bəhreynli nümayişçilər, həmçinin Əd-Diraz bölgəsindəki İmam Cəfər Sadiq (ə) məscidində cümə namazının qadağan olunmasına da etiraz ediblər.

 

Bəhreyn Alimlər Şurasının sədri Ayətullah İsa Qasıma dəstək üçün keçirilən dinc etiraz yürüşündə iştirak etdiyi üçün qanuna hörmətsizlik etmək və aksiyalarda iştirak etmək ittihamı ilə iki il həbsə məhkum edilmişdir.

Bəhreyn xalqı Bəhreyn Alimlər Şurasının sədri Şeyx Məcid Əl-Məşalın dərhal azadlığa buraxılması üçün etiraz aksiyası keçiriblər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-04-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap