İsrail Qəzzada dinc əhalini bombaladı: ölən və yaralananlar var
Posted on :
Digər sahələr
07/21/2018
Sionist İsrail rejimi qüvvələrinin Qəzzanın şərqini bombalaması nəticəsində 5 fələstinli şəhid olub, bir neçə nəfər yaralanıb.
Sionist İsrail rejimi qüvvələrinin Qəzzanın şərqini bombalaması nəticəsində 5 fələstinli şəhid olub, bir neçə nəfər yaralanıb.
Tashaio.com “FİA”a istinadən xəbər verir ki, işğalçı rejim bu gün Qəzzanın şimal, mərkəz və cənubunda müxtəlif yerləri bombalayıb.
Bombardımana səbəb Qəzza əhalisinin Böyük Qayıdış mitinqlərini əngəlləmək olub.
Qeyd edək ki, bu gün Qəzzada “qaçqınların hüquqları əleyhinə çirkli planlar heç vaxt baş tutmayacaq” şüarı altında keçirilən genişmiqyaslı aksiya keçirilib. İsrail qüvvələri növbəti aksiyaların qarşısını almaq üçün dinc əhaliyə bombardıman həyata keçiriblər.
Xatırladaq ki, Fələstinlilər artıq 14 həftədir ki, “Böyük Qayıdış” yürüşləri təşkil edirlər.