İŞİD-çilər namaz qılan vəhabi terrorçuları atəşə tutdu
Posted on : Digər sahələr 07/19/2018
Hadisə Əfqanıstandan baş verib.
Tashaio.com-un “Reuters”-ə istinadən verdiyi xəbərə əsasən, Əfqanıstanda İŞİD terrorçuları “Taliban” terrorçularına sərt şəkildə divan tutublar.
Bildirilir ki, “taliblər” komandirlərindən birinin evində namaz qılarkən, İŞİD-çilər evə soxularaq onları atəşə tutublar. Nəticədə 15 “talib” terrorçusu ölüb, 5-i isə yaralanıb.
Hadisə ölkənin şimalında Sari-Pul əyalətində baş verib.
Qeyd edək ki, Əfqanıstanda hər iki terror qruplaşması arasında açıq mübarizə gedir.