header

 İran ABŞ-dan Beynəlxalq Ədalət Məhkəməsəinə şikayət edib

ABŞ dünya dövlətlərinin İranla əldə etdiyi nüvə sazişindən birtərəfli şəkildə çıxaraq, Tehrana qarşı sərt sanksiyalara başlayıb. Buna görə İran Beynəxalq Ədalət Məhkəməsinə şikayət edib.

Tashaio.com xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif rəsmi twitter səhifəsində yazıb.

 

Cavad Zərif bu günkü paylaşımında yazıb:

 

“İran bu gün Amerikadan qeyri-qanuni sanksiyaları birtərəfli şəkildə aktivləşdirdiyinə görə cavabdeh etmək üçün Beynəlxalq Ədalət Məhkəməsinə şikayət edib. Bu həm də ona görədir ki, Amerika dünya diplomatiyasına, qanuni öhdəliklərə və konvensiyalara etinasızdır. Gərək Amerika tərəfindən beynəlxalq qanunların pozulmasına cavab verilsin”

 

Qeyd edək ki, Avropa dövlətlərindən və Çinlə Rusiyadan ibarət olan 4+1 dövlətləri nüvə sazişinin qalması üçün İrana bir sıra iqtisadi və siyasi təzminatlar veriblər.

 

ABŞ-ın sansksiyaları qarşısında İrana dəstək məqsədilə bu gün Çin və Avropa İttifaqı növbəti bəyanatını veriblər. Pekində keçirilən toplantının bəyanatında bildirilib ki, onlar nüvə sazişində qalacaqlar və onlar bu sazişi mühüm bir diplomatik saziş hesab edirlər.

ABŞ dünya dövlətlərinin İranla əldə etdiyi nüvə sazişindən birtərəfli şəkildə çıxaraq, Tehrana qarşı sərt sanksiyalara başlayıb. Buna görə İran Beynəxalq Ədalət Məhkəməsinə şikayət edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-16-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap