Tereza Mey: “Tramp Aİ-ni məhkəməyə verməyimi istədi”
Posted on : Digər sahələr 07/16/2018
Böyük Britaniyanın baş naziri Tereza Mey ABŞ-ın prezidenti Donald Trampın ona Avropa İttifaqına (Aİ) qarşı cinayət işi açmasını tövsiyyə etdiyini deyib.
Böyük Britaniyanın baş naziri Tereza Mey ABŞ-ın prezidenti Donald Trampın ona Avropa İttifaqına (Aİ) qarşı cinayət işi açmasını tövsiyyə etdiyini deyib.
Tashaio.com Sputnik-ə istinadən xəbər verir ki, BBC telekanalına müsahibə verən Mey, Trampın Böyük Britaniyanın qısaca Breksit adlandırılan Aİ-dən ayrılması prosesinin strategiyasının tərkib hissəsi olaraq, belə bir addım atmasını istədiyini söyləyib: “(Tramp) Mənə Aİ-ni məhkəməyə verməli olduğumu dedi. O mənə bildirdi ki, Aİ-yə cinayət işi aç. Müzakirələrə getmə, onları məhkəməyə ver”.
Tramp Londona səfəri çərçivəsində görüşdüyü Mey ilə cümə günü keçirdiyi birgə mətbuat konfransında, Böyük Britaniyanın baş nazirinə tövsiyə etdiyini, lakin qarşı tərəfin bunu çox amansızlıq saydığını və ona qulaq asmağı rədd etdiyini söyləmişdi.