header

 Astronomik bahalaşma İranda gözlənilsə də, İsraildə baş verdi - Qarpız "almaz qiyməti"nə...

İsraildə meyvə-tərəvəzin qiyməti sürətlə artır...

İslamazeri.com xəbər verir ki, bu gün İsrailin "Yedihot Ahronot" qəzeti bununla bağlı məqalə dərc edib.

Məqalədə qeyd edilir ki, qarpız İsraildə həmişə ucuz olduğu halda, bu il hazırda qarpızın 1 kiloqramı bazarda 5 şekel - 2 manat 65 qəpiyə, marketlərdə isə 7-8 şekelə - 3 manat 30 qəpik, 3 manat 50 qəpik arası satılır.

Qəzet yazır ki, təkcə qarpız belə baha deyil, ötən illərlə müqayisədə yemiş, üzüm, şəftəli, ərik və digər meyvə və tərəvəzin qiymətində yüksək qiymətlər müşahidə edilir. Məsələn ötən il yemişin bir kiloqramı bu vaxtlar 3.90 şekel - 1 manat 90 qəpik olubsa, hazırda yemiş 8.90 şekel - 4.20 manatdan 9.90 şekel - 4.70 manata satılır.

 Qəzet satıcılardan münasibət alaraq, onlardan birinin sözlərini belə nəql edir: "Bəli, biz əvvəllər ağıla gəlməyən baha qiymətlərə, hazırda meyvələri satırıq. Sanki qarpız deyil, almazdı... Qiymətləri biz yox, tədarükçülər qaldırır..."

Fermerlər isə bahalaşmanı havaların pis keçməsilə əlaqələndirirlər. Onların bildirdiyinə görə, aprel, may aylarında yağan leysan yağışları və sulu qar bu vəziyyətə səbəb olub. 

İsrail rəsmilərinin xaricdən meyvə gətirilməsi haqda düşünmədiklərini yazan qəzet əhalinin kiloqramla deyil, qramla alış-veriş etdiyini qeyd edir.

32 yaşlı Nadav adlı şəxs isə İsrail meyvələrinin xaricdə daha ucuz satıldığını bildirərək "Başqa vəziyyət olsaydı almazdım. Amma məcburuq. Amma əlbəttə dəhşətli surətdə hər şey baha qiymətə satılır.", -deyə qeyd edib.

 Paytaxtın "Maxan-Yequd" bazarında isə qəzetə bildiriblər ki, əvvəllər 3.4 kiloqram meyvə alan şəxslər,  indi güclə 1-2 kiloqram alırlar.

"İnsanlar elə bilir qiyməti biz satıcılar artırır. Amma elə deyil, qiyməti tədarükçülər və topdan satanlar artırır.", -deyə satıcılardan biri deyir.

Qeyd edək ki, bir neçə müddət əvvəl Qərb və İsrail mediası Trampın embarqolarından sonra İranda qiymətlərin surətlə, astronomik bahalaşacağı, iranlıların qıtlıqdan etirazlara qalxacağı, hətta su qıtlığından əziyyət çəkəcəyini yazırdılar.

Lakin əlavə olaraq bildirək ki, hazırda İranda qarpızın 1 kiloqramı 60-65 qəpik, yemişin bir kiloqramı 1 - 1.10- manat dəyərində (red: İran valyutası ilə) satılır.

İsraildə meyvə-tərəvəzin qiyməti sürətlə artır...
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-20-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap