header

 İsraillə diplomatik əlaqə quracaq ilk körfəz ərəb dövləti məlum oldu

“Bəhreyn İsraili düşmən bilmir və bu dövlət İsraillə diplomatik əlaqələr yaradacaq ilk körfəz ərəb dövləti olacaq”

İslaminSesi.info əl-Məyadinə istinadla xəbər verir ki, bunu bir Bəhreyn rəsmisi İsrailin “i24NEWS” xəbər agentliyinə verdiyi müsahibədə deyib.

 

Mənbə bildirib ki, carı ayın 24-dən UNESCO-nun Bəhreyndə keçirilən toplantısına qatılmaq üçün İsraildən bir rəsmi nümayəndə heyəti Mənaməyə gedəcək.

 

Bəhreyn rəsmisi bildirib ki, "Mənamə İsrail nümayəndə heyətini qəbul edəcək və onların öz fikirlərini bəyan etməsinə icazə verəcək". Mənbə bildirib ki, "Mənamə üçün ölkəsinin mənafeyi daha mühümdür və İsrail Bəhreyn münasibətlərinin yaranması Bəhreyn dövlətinin prinsiplərinə zidd deyil."

 

Qeyd edək ki, bundan öncə Suriya Ordusu Colan Yüksəkliklərini işğal edən sionist rejiminin təcavüzünə cavab olaraq onlarla raket atmışdı. Bu zaman Bəhreynin XİN başçısı İsrailin özünü müdafiə etməkdə haqlı olduğunu bildirmişdi.

“Bəhreyn İsraili düşmən bilmir və bu dövlət İsraillə diplomatik əlaqələr yaradacaq ilk körfəz ərəb dövləti olacaq”
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-20-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap