header

 İsraildən cinayətlərini ört-bastır etmək üçün yeni addım - ƏTRAFLI

İsrail rejiminin nazirlər kabineti yeni qanun layihəsi hazırlayıb.

İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, İsrail rejiminin nazirlər kabineti yeni qanun layihəsi hazırlayıb. Həmin sənəd qəbul edilərsə, fələstinlilərlə yaşanan toqquşmalar zamanı hərbçilərin foto və video çəkilişi qadağan ediləcək. Qanunu pozanlar isə 10 ilədək azadlıqdan məhrum edilə bilər.

Qeyd edilir ki, KİV-lərin İsrail əsgərlərinin zorakılıqlarına dair kadrları yayması rejimin hərbi cinayətlərinin ifşa olmasına səbəb olur.

Bu qanun layihəsində həmçinin hərbi audi-qurğuların müsadirəsinin qarşısının alınması və hərbiyə aid şəkillərin KİV və ya sosial şəbəkələrdə yayılmasının qarşısının alınması da xüsusi olaraq qeyd edilir. Qanunu pozanları isə 5-10 il müddətinə həbs ediləcəklər.

“Bizim evimiz İsrail” partiyasının nümayəndəsi Robert İlatov bildirib ki, mülki təşkilatlar və hüquq-müdafiə mərkəzləri İsrail hərbçilərinin şəkil və videolarını çəkərək, onları beynəlxalq tribunallardakı məhkəmə prosesləri ilə hədələyirlər və ya həmin materiallardan İsrailin obrazının korlanmasında istifadə edirlər.

İsrail rejiminin nazirlər kabineti yeni qanun layihəsi hazırlayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-19-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap