header

 Ruhani: Terrorizm ilə mübarizədə İran və Rusiya əməkdaşlıqları davam edir

İran İslam Respublikası prezidenti rusiyalı həmkarı ilə görüşdə təhlükəsizlik və regional məsələlər üzrə Tehran və Moskva arasında əməkdaşlıqların önəminə təkid edərək, deyib: İran və Rusiyanın regionda İŞİD və digər terrorçu qruplaşmalara qarşı mübarizədəki əmkdaşlığı davam edəcək

Həsən Ruhani şənbə günü Şanxay Əməkdaşlıq Təşkilatının 18-ci sammitinin kənarında Rusiya prezidenti Vladimir Putin ilə görüşüb. 

Həsən Ruhani Çində baş tutan bu görüşdə iki ölkə arasındakı əlaqələrin bütün sahələr üzrə inkişaf etməkdə olduğunu deyərək,əlavə edib: İranvə RUsiya enerji, müdafiə və tranzit məsələlərində geniş əməkdaşlıq potensiallarına malikdirlər. Və Tehran Rusiya şirkətləri və özəl sektorunun İranda sərmayə qoymalarını müsbət qarşılayır. 

Ruhani həmçinin deyib: Tranzit məsələsində Rusiyanın şimal-cənub dəmir yolu marşrutuna qoşulması iqtisadi əməkdaşlıqlar üçün böyük fürsətlər yaratmış olacaq.

İran prezidenti həmçinin, nüvə anlaşmasında Rusiyanın rolunu önəmli adlandırıb və deyib: İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) hesabatlarına əsasən nüvə anlaşması çərçivəsində öz öhdəliklərinə sadiq olub və ABŞ-ın birtərəfli qaydada bu anlaşmadan çıxmasından sonra Moskva nüvə anlaşmasında önəmli fiqur olaraq digər tərəflərin öz öhdəliklərinə əməl etmələrində təsirli rol oynamaqdadır. 

Rusiya prezidenti Vladimir Putin də bu görüşdə Moskvanın enerji, iqtisadiyyat və müdafiə sahəsində Tehran ilə əməkdaşlıqları davam etdircəyini deyərk, əlavə edib: Moskva İranın Avrasiya ittifaqına üzvlüyünün daimiləşməsini habelə, İranın Şanxay Əməkdaşlıq Təşkilatına tam hüquqlu üzv olaraq qəbul edilməsini dəstəkləyir. 

Putin həmçinin, ABŞ-ın nüvə anlaşmasından çıxmasını qeyri-qanuni adlandırıb və deyib: Moskva nüvə anlaşmasını himayə etmək üçün digər tərəflər ilə danışıqları davam etidərəcək.

Rusiya prezidenti regionda sabitlik və təhlükəsizliyin təmin edilməsində Rusiya və İran arasında əməkdaşlıq və ortaq fikrin olduğuna işarə edərək, deyib: Bu əməkdaşlıq xüsusilə Suriya böhranının həllində davam edəcək.

İran İslam Respublikası prezidenti rusiyalı həmkarı ilə görüşdə təhlükəsizlik və regional məsələlər üzrə Tehran və Moskva arasında əməkdaşlıqların önəminə təkid edərək, deyib: İran və Rusiyanın regionda İŞİD və digər terrorçu qruplaşmalara qarşı mübarizədəki əmkdaşlığı davam edəcək
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-09-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap