header

 Ruhani: Qüdsi-Şərifin azadlığı İran xalqının və bütün müsəlmanların müqəddəs amalıdır

İran İslam Respublikasının prezidenti deyib: Qüds günü zalımlara qarşı fəryad və yetmiş il bundan öncə öz ev-eşiyindən didərgin düşmüş məzlum xalqı himayə üzrə tarixi bir gündür.

Həsən Ruhani bu gün Ümumdünya Qüds günü ərəfəsində bir müraciət verərək, builki Qüds gününün xas özəlliklərə malik olduğunu bildirib.

O, deyib: Bu il Fələstin ərazisinin işğal edilməsinin yetmişinci ildönümü günü olmasından əlavə, bütün müsəlmanların hörmət bəslədikləri diyar olan Beytulmuqəddəs bütün beynəlxalq qayda-qanunlara zidd olaraq, Amerika tərəfindən işğalçı sionist rejimin paytaxtı kimi tanınıbdır.

İran prezidenti söyləyib: Bu il həmçinin məzlum Fələstin xalqına, xüsusən Qəzzə sakinlərinə qarşı daha artıq zülm və cinayət törədilib. Digər tərəfdən, ötən aylarda sionist rejim başçılarının İranofobiya yaratmaq üçün dünyanı daha çox dolanmaları və böyük İran xalqının maraqlarına qarşı səylərinin artmasının şahidiyik.

Ruhani vurğulayıb: Bütün İran xalqı böyük Qüds günü yürüşündə iştirak edərək, bu mesajı qəsbkar sionist rejimə verəcəkdir ki, Fələstin diyarını və Qüdsi-Şərifi unutmayıb və Qüdsi-Şərifin azadlığı İran xalqının və bütün müsəlmanların müqəddəs amalı olmaqda davam edir.

O, belə qeyd edib: Şərəfli Fələstin xalqının öz ev-eşiyinə geri dönəcəyi və müsəlmanların özlərinin birinci qibləsi kimi Qüdsdə namaz qıla biləcəkləri gün uzaqda deyil.

Mübarək Ramazan ayının sonuncu cüməsi İran İslam Respublikasının banisi İmam Xomeyni(r.ə)-in təşəbbüsü ilə Ümumdünya Qüds günü adlandırılıb.

Ümumdünya Qüds günü yürüşü bu il iyunun səkkizində, başqa sözlə, 1439-cu hicri qəməri ili ramazan ayının 23-də İranla yanaşı digər ölkələrdə də keçiriləcəkdir.

İran İslam Respublikasının prezidenti deyib: Qüds günü zalımlara qarşı fəryad və yetmiş il bundan öncə öz ev-eşiyindən didərgin düşmüş məzlum xalqı himayə üzrə tarixi bir gündür.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-07-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap