header

 Həmsədr Ermənistanda baş verənlərin Qarabağ münaqişəsi ilə bağlı prosesdə ABŞ-ın iştirakına necə təsir edəcəyinə aydınlıq gətirib

"ABŞ Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllini güclü şəkildə dəstəkləməyə davam edir”.

Tashaio- APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şofer Ermənistanda baş verən son hadisələrin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh prosesində ABŞ-ın iştirakına necə təsir edəcəyi ilə bağlı suala cavabında deyib.

O bildirib ki, ATƏT-in Minsk qrupunun üzvü kimi tərəflərlə sülh yolu ilə həllin tapılması işində aktiv işləməyə davam edəcək: “ABŞ həmçinin tam olaraq həmsədrlərin ötən gün verilmiş bəyanatını dəstəkləyir. Bu bəyanatda həmsədrlər tərəfləri atəşkəsə hörmət etməyə və təmas xəttində gərginliyin azaldılması üçün təcili tədbirlər görməyə çağırıb.

ABŞ-ın siyasəti sabit olaraq qalır. Münaqişəsinin yeganə həlli güc tətbiq etməmək, ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə prinsiplərini özündə əks etdirən beynəlxalq hüquqa əsaslanan danışıqlar yolu ilə mümkündür”.

"ABŞ Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllini güclü şəkildə dəstəkləməyə davam edir”.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-25-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap