header

 "ƏMR BE MƏRUF VƏ NƏHY ƏZ MÜNKƏR"Ə ƏMƏL OLUNMASA...

Nə qədər ki, ümmətimin arasında yaxşılığa dəvət edib, pislikdən çəkindirənlər olacaq, onlar xeyir içində yaşayacaqlar

«Ali-İmran» surəsinin 104-cü ayəsində buyurulur: «Sizin aranızda yaxşılığa çağıran (əmr edən) və pis işlərdən çəkindirən (nəhy edən) bir ümmət olmalıdır». 

«Əmr be məruf» dedikdə yaxşılığa dəvət, «nəhy əz münkər» dedikdə pis işlərdən çəkindirmə başa düşülür.
İslam Peyğəmbəri (s) buyurur: «Nə qədər ki, ümmətimin arasında yaxşılığa dəvət edib, pislikdən çəkindirənlər olacaq, onlar xeyir içində yaşayacaqlar. Bu əməl tərk olunan kimi ilahi bərəkət də çəkiləcək. İnsanlar bir-birinə hakim olacaq, yerdə və göydə yardım tapılmayacaq».

Əmr be məruf və nəhy əz münkər kifayi-vacib olan bir əməldir. Yəni, cəmiyyətdə bir qrup insan bu vəzifənin öhdəsindən gələrsə, başqaları üçün vacib olmaz.
Bu vacib dini vəzifənin mərtəbələri vardır: qəlb, dil və əməl yolu ilə. İnsan ilkin mərhələdə yalnız qəlbi ilə müxalifət göstərməlidir. Məsələn, iki dostdan biri günaha yol verdikdə, o biri dost soyuq münasibət göstərməklə etirazını ifadə edir.
Növbəti mərhələdə insan günaha qarşı dil vasitəsi ilə çıxış edir. Bu işdə ruhanilərin fəaliyyəti müstəsna əhəmiyyətə malikdir. Yetərli biliyə və nitq qabiliyyətinə malik olan insanlar cəmiyyəti günahdan çəkindirməkdə, insanları saleh əməllərə həvəsləndirməkdə daha çox müvəffəq olurlar.
Son mərhələ əməlidir. Bu mərhələ qəlb və dil təsirsiz olduqda tətbiq olunur. Unutmaq olmaz ki, «əmr be məruf və nəhy əz münkər» cəmiyyətdə təfriqə yox, vəhdət məqsədi daşıyır.
Nə qədər ki, ümmətimin arasında yaxşılığa dəvət edib, pislikdən çəkindirənlər olacaq, onlar xeyir içində yaşayacaqlar
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-23-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap