header

 İlahiyyatçıların cəzası ağırlaşdırıldı

Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Bakı Apellyasiya Məhkəməsində Nardaran hadisələri ilə bağlı saxlanılan 3-cü qrupun – ilahiyyatçılar Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, 12 nəfərdən 11-i ilə bağlı hissədə hökmə heç bir dəyişiklik etməyib. Yalnız Z.Mikayılova aid hissədə dəyişiklik olub. Ona verilmiş 17 illik həbsin müddətinə toxunulmasa da, bu, cəzanın çəkilmə rejimi dəyişdirilib.

Belə ki, birinci instansiya məhkəməsinin hökmündə Z.Mikayılovun cəzasını ciddi rejimli müəssisədə çəkməsi nəzərdə tutulması barədə hökm çıxarılıb. Bakı Apellyasiya Məhkəməsinin qərarında isə xüsusi rejimdə çəkilməsi qeyd olunub.

Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-18-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap