Afrinin mərkəzi ələ keçirilib
Posted on : Digər sahələr 03/18/2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrinin bu gün tamamilə Türkiyə Silahlı Qüvvələrinin nəzarətə keçdiyini açıqlayıb.
FaktXəbər-in "Anadolu" agentliyinə istinadən məlumatına görə, Ərdoğan bu barədə Çanaqqala zəfərinin 103-cü ildönümünə həsr edilmiş mərasimdə çıxışı zamanı bəyan edib.
O qeyd edib: “Hazırda orada Türkiyə bayrağı və "Azad Suriya Ordusu"nun bayrağı dalğalanır”.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub. Əməliyyatlar zamanı Türkiyə ordusu 46 əsgərini itirib, 3603 terrorçu zərərsizləşdirilib.