header

 Rusiyanın Suriyaya göndərdiyi Su-57 təyyarələri Amerikaya mesajdır – İsrail

“Su-57 təyyarələrinin Suriyaya göndərilməsi bizə qarşı deyil, Amerikaya bir mesajdır. Amerikanın Suriyada görünən F-35 təyyarələrindən sonra bu Rusiyanın Vaşinqtona verdiyi bir cavabdır”

İslaminSesi.info əl-Məyadin telekanalına istinadla xəbər verir ki, bunu Sionist rejimi rəsmiləri İsrailin Məarif qəzetinə bildiriblər.

 

Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkəsinin ən yeni beşinci nəsil Su-57 qırıcı təyyarələrinin həqiqətən də Suriyada olduğunu təsdiq edib.

 

Onun sözlərinə görə, sınaq uçuşları zamanı Su-57 -ləri onun bütün parametrlərini ölçən təyyarələr müşaiyət edib.

 

10 gün öncə bir çox KİV-lər Rusiyanın Suriyadakı Hmeymim hərbi bazasına iki ədəd Su-57 qırıcılarının gətirildiyini bildirmişdilər.

 

Şoyqu Su-57 qırıcılarının Suriyada iki gün ərzində döyüş əməliyyatları da daxil olmaqla sınaq proqramını uğurla yerinə yetirdiklərini bildirib.

 

Bu ilk dəfədir ki, Rusiya Suriyaya beşinci nəsil Su-57 qırıcılarını göndərir.

 

Hələ 2019-cu ildə Rusiya Hərbi Hava Qüvvələrinə təhvil veriləcək bu yeni qırıcıların Suriyada görünməsi təəccüb doğurub.

 

Qərb ekspertəri dərhal Rusiyanın bu addımı ilə bağlı proqnozlar vermişdilər.

 

Britaniya Krallığının müdafiə məsələləri üzrə araşdırmalar müəssisəsinin eksperti Custin Brankin sözlərinə görə, Rusiya bu addımla Su-57 hərbi təyyarələrini həqiqi mübarizədə sınaqdan keçirmək və gələcəkdə beynəlxalq bazarlarda satılması nəzərdə tutulan sözügedən təyyarələrinin daha yuxarı qiymətə satılmasını təmin etmək məqsədi daşıyır.

 

Ekspet həmçinin bildirib ki, ruslar bu iki təyyarənin Suriya səmasında həqiqi döyüşdə sınaqdan keçirməklə onun radarlardan xüsusilə də ABŞ-ın F-22 təyyarələrinin radarlarından nə qədər gizli qalmasını bilmək istəyirlər.

“Su-57 təyyarələrinin Suriyaya göndərilməsi bizə qarşı deyil, Amerikaya bir mesajdır. Amerikanın Suriyada görünən F-35 təyyarələrindən sonra bu Rusiyanın Vaşinqtona verdiyi bir cavabdır”
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-06-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap