İranın Türkiyədəki səfirindən Səlahəddin Özgündüzə ziyarət - FOTO
Posted on : Türkiyə 03/04/2018
İran İslam Respublikasının Türkiyədəki səfiri Türkiyə Şiələrinin lideri Şeyx Səlahəddin Özgündüzün ziyarətinə gəlib
İslamazeri.com xəbər verir ki, İran İslam Respublikasının Türkiyədəki səfiri Muhəmməd İbrahim Taherian Türkiyə Şiələrinin lideri Şeyx Səlahəddin Özgündüzün ziyarətinə gəlib.
Bir neçə gün öncə, bununla bağlı danışan Özgündüz İran və Türkiyə arasında yaxılaşmağın vacibliyini qeyd etmişdi.
Görüş zamanı Suriyanın suverenliyi, İran və Türkiyə arasındakı əlaqələr, Yaxın Şərq məsələləri və İslam Ümmətinin vəhdət və birliyi haqqında baş verən problemlərlə bağlı müzakirə olunub.