header

 ALLAHIN QÜDRƏTİ, MƏXLUQATIN ƏZƏMƏTİ HAQQINDA DÜŞÜNMƏK

Qarışqaya bir baxın! Baxın görün...

Şübhəsiz ki, insanın Allahın yaratdıqlarının əzəməti haqqında düşünməsi, onun diqqətini Allahın sonsuz və nöqsansız hikmətinə yönəldir və öz gücsüzlüyünü, Allaha möhtac olmasını daha yaxşı dərk etməyə kömək edir. Belə olan surətdə kamala çatmaq yolunda əvvəldə olduğundan daha artıq səy edir və nəfsin istəklərinə uyub şeytana itaət etməkdən əl çəkir. Allahın əzəmətini, sonsuz qüdrətini tanımaqdan əlavə, Onun qarşısında müxalifət etməkdən qorxub çəkinir. Məxluqatın yaradılış əzəmətini tanıması və insanın diqqətinin Allahın əzəmətinə yönəlməsi məsələsinə Quran və rəvayətlərdə də rast gəlinir. Quran ayələri və dini mətnlərə nəzər salsaq görəcəyik ki, Allah və övliyalar bu məsələ ətrafında düşünməyə ciddi təkid etmişlər. Öz nurani bəyanları ilə yaradılmışların tutumlarını, bağlılıqlarını, möhkəm qanuna söykəndiklərini, müxtəlifliklərini açıqlamışlar. Bununla, insanları öz ətraflarına nəzər salmağa, kiçik varlıqlardan tutmuş böyük varlıqlara qədər, bütün yaradılmışlar və yaradılış haqqında düşünməyə vadar etmişlər.

İmam Əli (ə) “Nəhcül-bəlağə”nin 227-ci xütbəsində Allahın sonsuz qüdrəti və saysız nemətləri haqqında təfəkkür etməyi insanı doğru yola və Allah qorxusuna aparıb çıxaran vasitə bilir:

وَ لَوْ فَكَّرُوا فى عَظيمِ الْقُدْرَةِ وَ جَسِيمِ النِّعْمَةِ لَرَجَعُوا إِلَى الطَّرِيقِ وَ خَافُوا عَذَابَ الْحَرِيقِ . وَلكِنَّ الْقُلُوبَ عَلِيلَةٌ وَالْبَصائِرَ مَدْخُولَةٌ. أَلاَّيَنْظُرُونَ إِلَى صَغِيرِ مَا خَلَقَ كَيْفَ أَحْكَمَ خَلْقَهُ وَأَتْقَنَ تَرْكِيبَهُ وَفَلَقَ لَهُ السَّمْعَ وَالْبَصَرَ وَ سَوَّى لَهُ الْعَظْمَ وَ الْبَشَرَ

Əgər camaat Allahın böyüklüyü  saysız nemətləri haqqında düşünsəydilərdoğruyola qayıdar  əzabın yandırıcı odundan qorxardılarLakin ürəklər xəstəbaxışlareyiblidirMəgər ən kiçik yaradılmışa baxıb görmürlər kiYaradan onu necə əsaslı möhkəm yaratmışdır?! Necə qulaq  göz veribnecə sümüklə bərkitmiş  necədəri ilə geyindirmişdir?!”

Davamında buyurur:

انْظُرُوا إِلَى الَّنمْلَةِ فِی صِغَرِ جُثَّتِهَا، وَلَطَافَةِ هَیْئَتِهَا، لاَ تَکَادُ تُنَالُ بِلَحْظِ الْبَصَرِ، وَلاَ بِمُسْتَدْرَکِ الْفِکَرِ، کَیْفَ دَبَّتْ عَلَى أَرْضِهَا، وَصَبَتْ عَلَى رِزْقِهَا، تَنْقُلُ الْحَبَّةَ إِلَى جُحْرِهَا، وَتُعِدُّهَا فِی مُسْتَقَرِّهَا. تَجْمَعُ فِی حَرِّهَا لِبَرْدِهَا، وَفِی وُرُودِهَا لِصَدَرِهَا مَکْفُولٌ بِرِزْقِهَا، مَرْزُوقَةٌ بِوِفْقِهَا لاَ یُغْفِلُهَا الْمَنَّانُ، وَلاَ یَحْرِمُهَا الدَّیَّانُ، وَلَوْ فِی الصَّفَاالْیَابِسِ، وَالْحَجَرِ الْجَامِسِ

Qarışqaya bir baxınBaxın görün, cüssəsi necə  kiçik  nazikdirgözünü qıysanbelə görmürsənnecə yaradıldığı haqqında düşünsən, (sirrinibilməzsənÖz yolununecə  tapıb gedirruzisini tapmaqda necə  tələsirDən tapsaaparıb yuvasındaanbara yerləşdirirQışın ruzisini yayda toplayır  yuvasına daxil olduqdagedib-gəldiyi yolu yadında saxlayırAllah onun ruzisinə zamindir  halına uyğun olaraqonun ruzi yolunu açıbNemət  bəxşişi çox olan Allah ondan qafil deyilƏvəzverən Allah onu məhrum  paysız qoymazhətta (bir şey bitməyən) quru daşın ya (bir yerdən digər yerə aparılmayan) sərt daşın içində olsa belə!

وَلَوْ فَکَّرْتَ فِی مَجَارِی أُکْلِهَا، وَفِی عُلْوهَا وَسُفْلِهَا، وَمَا فِی الجَوْفِ مِنْ شَرَاسِیفِبط بَطْنِهَا، وَمَا فِی الرَّأسِ مِنْ عَیْنِهَا وَأُذُنِهَا، لَقَضَیْتَ مِنْ خَلْقِهَا عَجَباً، وَلَقِیتَ مِنْ وَصْفِهَا تَعَباً! فَتَعَالَى الَّذِی أَقَامَهَا عَلَى قَوَائِمِهَا، وَبَنَاهَا عَلَى دَعَائِمِهَا! لَمْ یَشْرَکْهُ فِی فِطْرَتِهَا فَاطِرٌ، وَلَمْ یُعِنْهُ عَلَى خَلْقِهَا قَادِرٌ.

“Əgər qarışqanın qida boruları, yuxarı və aşağısı, qarnında olan qabırğaları və başında olan göz və qulağı barəsində fikirləşsən, onun yaradılışından (Allahın onun yaradılışındakı hikmət və tədbirindən) heyrətə gələrək onu vəsf etməkdə çətinliyə düşərsən. Buna görə də qarışqanı, yaradılışında heç bir yaradan şərik olmadan (yaradan) və heç bir qüdrətli kömək etmədən əl və ayaqları üzərində saxlayan, dirək və bədən üzvləri üzərində quran Allah (fikir və düşüncəyə yerləşməkdən) çox-çox uca və üstündür.”

وَلَوْ ضَرَبْتَ فِی مَذَاهِبِ فِکْرِکَ لِتَبْلُغَ غَایَاتِهِ، مَا دَلَّتْکَ الدَّلاَلَةُ إِلاَّ عَلَى أَنَّ فَاطِرَ الَّنمْلَةِ هُوَ فَاطِرُ النَّخْلَةِ لِدَقِیقِ تَفْصِیلِ کُلِّ شَیْءٍ، وَغَامِضِ اخْتِلاَفِ کُلِّ حَیٍّ، وَمَا الْجَلِیلُ وَاللَّطِیفُ، وَالثَّقِیلُ والخَفِیفُ، وَالْقَوِیُّ وَالضَّعِیفُ، فِی خَلْقِهِ إِلاَّ سَوَاءٌ.

“Əgər öz düşüncə yollarını qət edərək onun sonuna çatsan (bütün fikir və düşüncələrini işə salsan), dəlil və sübut hər bir şeyin (digərindən) fərqlənməsində işlədilmiş dəqiqliyə və canlıların növbənöv olmalarının əhəmiyyətinə görə səni ancaq və ancaq bu nəticəyə gətirib çıxaracaq ki, qarışqanın yaradanı elə həmin xurma ağacının yaradanıdır. Onun yaratdıqları arasında böyük-kiçik, ağır-yüngül, güclü-zəif yoxdur və onların hamısı (Onun kamil qüdrəti müqabilində) bərabərdirlər.” (“Nəhcül-bəlağə”, xütbə 227, səh.736.)

İmam Sadiq (ə) buyurur ki, bir gün ətirsatan Zeynəb, Peyğəmbəri-Əkrəmin (s) evinə gəlib o həzrətdən (s) Allahın əzəməti barəsində sual edir. Peyğəmbər (s) cavabında bu aləmin digər aləmlərlə müqayisəsini söyləyir və həmçinin birinin digərinə nisbətdə kiçikliyini bəyan edir. O cümlədən buyurur: Üstündə olduğumuz yer altında  üstündə olanlarlabirlikdə onu əhatə etmiş göyün müqabilində geniş səhralıqa düşmüş üzük halqasıkimidirEləcə bizim olduğumuz qalaktika ikinci göyə nisbətdə səhralıqdagörünən üzük kimidir. (“Biharül-ənvar”, c.60, səh.83-85.)

Bu nisbət, hər aləmin özündən yuxarı aləmlə müqayisəsində mövcuddur və beləliklə, gedib çıxır yeddinci aləmə ki, o da öz növbəsində ərş və kürsü ilə müqayisədə olduqca kiçik hesab olunur.

Bu gün kosmik təhqiqatlar əsasında ulduzlar və qalaktikalar barədə əldə edilən məlumatlar insana yaradılış aləminin daha yaxşı dərkinə kömək edir. Təbiidir ki, insan yaradılışın əzəməti haqqında bir qədər düşünsə, öz kiçikliyini daha yaxşı dərk edəcəkdir. Belə olan halda, Allaha doğru bir-iki addım daha artıq atacaqdır. Çünki Allaha yaxınlaşmağın yolu Onun qarşısında öz kiçikliyini hiss etməkdədir.

(Maide.Az)

Qarışqaya bir baxın! Baxın görün...
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-04-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap