header

 ÖMRÜN QISALIĞI VƏ İNSANDAN ƏBƏDİ QALACAQ YAXŞI VƏ PİS ƏMƏLLƏR

Ölümdən qorxan kəs (bilsin ki,) ondan...

Peyğəmbəri-Əkrəm (s) Əbuzər Qifariyə nəsihətində buyurur:

يا اَباذَرٍّ؛ إِنَّكُمْ فى مَمَرِّ اللَّيْلِ وَالنَّهارِ فى آجال مَنْقُوصَة وَ أَعْمال مَحْفُوظَة وَالْمَوْتُ يَأْتى بَغْتَةً وَ مَنْ يَزْرَعْ خَيْراً يُوشِكُ أَنْ يَحْصُدَ خَيْراً وَ مَنْ يَزْرَعْ شَرّاً يُوشِكُ أَنْ يَحْصُدَ نَدامَةً وَ لِكُلِّ زارِع مِثْلُ ما زَرَعَ.

“Ey ƏbuzərSizə verilən ömür gecə  gündüzün keçməsi ilə əlaqədar daimazalmaqdadırBu ömürdən isə sizin yalnız əməliniz qorunub-saxlanılırQəfil ölümgəlib çatdığı zaman yaxşı əməl sahibləri öz xeyirli əməllərinin nəticəsini alarlarPisəməl sahiblərinin ələ gətirdikləri isəancaq peşmançılıq olarHər (əkən) kəs əkdiyinibiçər.

Ömrün keçici olmasına diqqət insanı iş və fəaliyyətə sövq etdirən və onda ilahi təkliflərə qarşı maraq oyadan məsələlərdəndir. İstəsək də, istəməsək də alıb-verdiyimiz hər nəfəsdə ömrümüz bir miqdar azalır. Fələyin çarxını öz gərdişindən saxlamaq olmaz. Əmirəlmöminin Əli ibn Əbu Talibin (ə) təbiri ilə desək:

نَفَسُ الْمَرْءِ خُطاهُ إِلى أَجَلِهِ

“İnsanın çəkdiyi hər nəfəsonun ölümünə qarşı atdığı bir addımdır.” (“Nəhcül-bəlağə”, Feyzül-İslam, səh.1117.)

Diqqətli olmaq lazımdır ki, ixtiyarımızda olan bu sərmayə əlimizdən çıxmasın. Bu elə bir sərmayədir ki, daim azalıb-solmağa doğru irəliləyir və son nöqtəsi insanın əlindən qurtara bilməyəcəyi ölümdür. İmamƏli (ə) buyurur:

...فَما يَنْجُو مِنَ الْمَوتِ مَنْ خَافَهُ وَ لا يُعْطى الْبَقاءَ مَنْ أَحَبَّهُ

“Ölümdən qorxan kəs (bilsin ki,) ondan qurtula bilməyəcəkyaşayıb sağ qalmağısevən kəs  (bilsin ki,) həmişəlik sağ qalmayacaqdır.” (Nəhcül-bəlağə», Feyzül-islam, xütbə 38, səh.122.)

Heç kim nə qədər yaşayacağı və nə zaman öləcəyini bilmir. Quranın buyurduğu kimi:

وَ ما تَدْرى نَفْسٌ ما ذا تَكْسِبُ غَداً وَ ما تَدْرى نَفْسٌ بِأَىِّ أَرْض تَمُوتُ

“Heç kim sabah  olacağını  əcəlinin harada yetişəcəyini  bilmir.” (“Loğman” surəsi, ayə 34.)

Allahın insana olan lütflərindən biri də insanın öz ölümünün nə zaman olacağını bilməməsidir. Əgər öz əcəlimizin vaxtını bilsəydik, daha çox qəflətə və qürura mübtəla olardıq. Əlbəttə, ruhi cəhətdən kamala çatmış insanlar fəqət Allah qarşısında müti olub, öz bəndəlik vəzifələrini icra etmək fikrində olduqları üçün ölüm vaxtının nə zaman yetişib-yetişməyəcəyi onları maraqlandırmır. Mümkündür, Allah onlara ölümlərinin nə zaman yetişəcəyini xəbər versin. Lakin bizim kimi adamların əcəlini qabaqcadan bilməsi səhlənkarlığa səbəb ola biləcəyi üçün Allah belə bir xəbəri bizlərə verməyi məsləhət bilmir. Bizim əcəlimizin nə vaxt yetişəcəyindən xəbərsiz olub, bu barədə nigaran qalmağımız Allahın hikmətindəndir. Çünki belə olan surətdə, biz ömrümüzdən daha yaxşı istifadə edə bilərik.

Ömrün hədər getməməsi üçün tənha çıxış yolu faydalı ticarətdir. Bundan daha yaxşı ticarət nə ola bilər ki, insan ömrünün müqabilində behişti qazansın. Çünki behişt insan ömrünün qiyməti olacaq yeganə sərvətdir. Əmirəlmöminin Əli (ə) buyurur:

أَلا حُرٌّ يَّدَعُ هذِهِ اللُّماظَةَ لاَِهْلِها؟ إِنَّهُ لَيْسَ لاَِنْفُسِكُمْ ثَمَنٌ إِلّا الْجَنَّةَ، فَلا تَبِيعُوها إِلّا بِها

“Hanı elə bir azad insan kiçeynənilib tüpürülmüş bu artığı (bu dünyanıdünya əhliüçün saxlasınCənnətsizin canınızın yeganə qiymətidirElə isə ömrünüzü ondanbaşqa heç nəyə satmayın.” (“Nəhcül-bəlağə”, Feyzül-İslam, hikmət 448, səh.1295.)

Ömrün böyük sərmayəsini Allahın qəzəb atəşi ilə ticarət edənlər necə də ziyankar insanlardır! Ömürlərini batil yolda sərf edənlər, bəlkə də, fikirləşirlər ki, ömür getdikcə onların əməlləri də itib batır. Necə də batil bir xəyal! Düzdür ki, bu həyat keçicidir, əbədi qalan isə axirət həyatıdır. Lakin insanın bu həyatdakı əməlləri əbədi qalacaqdır, çünki əməlin insan ruhu və Allah-Taala ilə əlaqəsi vardır. Bizim keçici və fani olan bir zamanda yaşamağımıza baxmayaraq, həm də əbədiyyət aləmi ilə rabitəmiz vardır və əməllərimiz orada əbədi qalır.

Qiyamətə aid edilən və qəbul olunan məsələlərdən biri də insan əməlinin qorunub-saxlanılması və qiyamətdə təcəssüm olunmasıdır. Allah-Taala Qurani-Kərimdə bu məsələyə toxunaraq buyurur:

وَوُضِعَ الْكِتابُ فَتَرَى الُْمجْرِمينَ مُشْفِقينَ مِمّا فيهِ وَ يَقُولُونَ يا وَيْلَتَنا مالِ هذا الْكِتابِ لا يُغادِرُ صَغيرَةً وَ لا كَبيرَةً إِلّا أَحْصَاها وَ وَجَدُوا ما عَمِلُوا حاضِراً وَ لا يَظْلِمُ رَبُّكَ أَحَداً

 o gündə (qiyamətdəcamaatın yaxşı  pis əməllərinin (toplandığıkitabıonların qarşısına qoyarlarGünah əhlini əməl dəftərlərinə görə həyəcanlı  hürkəkgörərsənonlar özlərinə deyərlər“Vay olsun bizəBu necə kitabdır kibizim bütünböyük  kiçik əməllərimiziiynə ucu qədər belə yer ötürmədən bir-bir qələməalmışdır. (Bu kitabdabütün əməllər qorunub-saxlanılmışdır  hər kəs öz əməliniorada hazır görəcək  sənin Allahın heç kimə haqsızlıq etməyəcəkdir.” (“Kəhf” surəsi, ayə 49.)

Başqa bir yerdə isə belə buyurur:

فَمَنْ يَعْمَلْ مِثْقالَ ذَرَّة خَيْراً يَرَهُ. وَ مَنْ يَعْمَلْ مِثْقالَ ذَرَّة شَرّاً يَرَهُ

“Qiyamət günü zərrə qədər yaxşı  görən hər kəs onun xeyrini görəcəkdir  zərrəqədər pis  görən hər kəs  onun zərərini görəcəkdir.” (“Zəlzələ” surəsi, ayə 7-8.)

(Maide.Az)

Ölümdən qorxan kəs (bilsin ki,) ondan...
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-24-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap