Ərəbistanın Nəcran vilayətində Ərəbistan muzdlularının mövqeləri hədəfə alınıb
Posted on : Digər sahələr 02/12/2018
Ərəbistan qırıcılarının Yəməndə yaşayış məntəqələrinə qarşı hücumları davam etdirdiyi bir şəraitdə, Yəmən ordusu və xalq qüvvələri Ərəbistanın Nəcran vilayətində Ali Səud muzdlularının mövqelərini ağır artilleriya ilə atəşə tutublar.
Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Yəmən ordusu və xalq qüvvələri Ərəbistanın daxilinə doğru irəliləyərək, xüsusilə Nəcran vilayətində, Ərəbistan muzdlularının mövqelərini Əl-Bəqə, Əlib və Əl-Əcaşir məntəqələrində hədəfə alıbalr.
Yəmən ordusu həmçinin, Yəmənin Məarib vilayətində yerləşən Sərvah məntəqəsində Ərəbistan muzdlularından 6 nəfərini zərərsizləşdirib.