header

 Vilayəti: ABŞ-ın müstəqil Kürd ölkəsi yaratmaq arzusu gerçəkləşməyəcək

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri deyib: ABŞ-ın Suriyanı parçalamaq üzrə arzusu gerçəkləşməyəcək.

İRİB-nin verdiyi məlumata görə, İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti çərşənbə günü son Suriya olayları ilə bağlı jurnalistlər qarşısında deyib: Heç şübhəsiz İran Suriyanın ərazi bütövlüyünü dəstəkləyir və bu ölkəyə qarşı hansısa hərbi müdaxiləni qəbul etmir.

Vilayəti əlavə edib: Amerikalılar Suriyanı parçalamaq istəyirlər. Bunun üçün hazırlıqlar da həyata keçiriblər. Fərat çayının şərq sahillərində, Suriyanın kürd sakinli məntəqələrində müstəqil ölkə yaratmaq və onun müstəqilliyini tanımaq istəyirlər. Amma, onların bu arzusu gerçəkləşməyəcək.

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri həmçinin deyib: Suriya kürdlərinin böyük əksəriyyəti də ölkələrinin ərazi bütövlüyünə sadiqdir və onlar amerikalıların öz şeytani məqsədlərinə çatmalarına icazə verməyəcəklər.

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri deyib: ABŞ-ın Suriyanı parçalamaq üzrə arzusu gerçəkləşməyəcək.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-07-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap