Ayətullah Xamaneyi Avropada təhsil alan tələbələrə müraciət etdi
Posted on :
iran
01/28/2018
Gənc tələbə hazırkı dövrü (zəmanəsini) tanımalı, baş verən prosesləri bilməli və....
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei Avropada təhsil alan tələbələrin İslami Assosiasiyalar İttifaqının illik qurultayına ünvanladığı müraciətdə bildirib ki, gənc tələbə hazırkı dövrü (zəmanəsini) tanımalı, baş verən prosesləri bilməli və özünü ona hazırlamalıdır.”
Maide.Az "Leader.ir" saytına istinadən xəbər verir ki, müraciət Ayətullah Xameneinin Avropada təhsil alan tələbələrlə iş üzrə nümayəndəsi Höccətül-İslam vəl-muslimin Cavad Ejeyi tərəfindən bu gün İslami Assosiasiyalar İttifaqının Avstriyanın Vyana şəhərində İmam Əli (ə) adına İslami Mərkəzdə keçirilən toplantısında oxunub.
Müraciətin tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
Əziz tələbə gənclər!
“Hazırkı dövr və dünyada baş verən proseslər gənclər üçün keçmişdə bənzəri olmayan və ya bilinməyən gözləntilər yaradır. Gənc tələbə baş verən dəyişiklikləri və gözləntiləri düzgün tanımalı, özünü ona hazırlamalıdır. Tələbələrin İslami Assosiasiyalar İttifaqı və dini atmosferdə olmaq sizə bu məsələdə (hazırlanmaqda) yardımçı ola bilər. Önəmli məsələ odur ki, vəzifə borcunuzu Allaha xatir və şövqlə yerinə yetirəsiniz. Əgər bunları bacarsanız, Allahın hidayəti yardımınıza gələcək inşallah. Uca Allahdan hər birinizə səadət diləyirəm.”