header

 İŞİD-in "səhiyyə naziri" Türkiyədə həbs olundu - VİDEO

İŞİD terror qruplaşmasının "səhiyyə naziri" postunda olan "səhiyyə əmiri" kimi tanınan terror Türkiyə Polisi tərəfindən saxlanılıb.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Şanlıurfa Polisi İŞİD terror qruplaşmasına qarşı əməliyyat həyata keçirib. Əməliyyat zamanı İŞİD-in "Səhiyyə əmiri" kimi tanınan Kefah Bəşir Huseyn və İnterpol xəttilə axtarışa verilən iki nəfər saxlanılıb. Məhkəməyə çıxarılan 14 nəfərdən 13-ü haqqında həbs-qətimkan tədbiri həyata keçirilib.

Xəbər verilir ki,  Türkiyə Kəşfiyyatının əldə etdiyi kəşfiyyat məlumatı əsasında məlum olum ki, Suriyadan Türkiyə ərazisində terror qruplaşmasının üzvləri keçib və Şanlıurfa ərazisində gizləniblər. Bundan sonra keçirilən əməliyyat nəticəsində terrorçular yaxalanıblar.

Mediaya açıqlanan məlumata görə, həbs olunanların 7-sinin Əlcəzair, 2-sinin Suriya, 2-sinin İraq, birinin Hollandiya, birinin Mərakeş əsilli ingilis və birinin də Misir vətəndaşı olduğu önə çəkilir.

İŞİD-in "Səhiyyə əmiri" kimi tanınan Kefah Bəşir Huseynin ibtidai istintaqa verdiyi ifadələr də məlum olub. Məlum olub ki, o Əl-Qaidə terror qruplaşmasının üzvü olub və İŞİD-in təsis edilməsində rolu olub. İxtisasca doktor olan terrorçu sonradan qruplaşmanın "səhiyyə əmiri" vəzifəsinə təyin olunub.

İŞİD terror qruplaşmasının "səhiyyə naziri" postunda olan "səhiyyə əmiri" kimi tanınan terror Türkiyə Polisi tərəfindən saxlanılıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-24-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap