header

 Ərdoğan Obamanın yalanını 7 ildən sonra başa düşdü

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ağ Evin sabiq rəhbəri Barak Obamanın Suriya məsələsində onu aldatdığını ilk dəfə etiraf edib.

FaktXəbər-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Prezident Sarayında keçirilən mərasim zamanı gündəmi dəyərləndirən Ərdoğan Suriya münaqişəsi ilə bağlı fikirlərini bildirib.

Rəcəb Tayyip Ərdoğan qeyd edib ki, Suriyanın Menbiç şəhəri ilə bağlı danışıqlar zamanı ABŞ prezidenti tərəfindən aldadılıb: "Cənab Obamanın dövründə də bizim "Zeytun budağı" əməliyyat planımız var idi. Həmin əməliyyat Membiçi terrorçulardan təmizləməkdən ibarət idi və bizə verilən sözə əməl olunmadı, aldadıldıq. Biz üzərimizə düşəni etdik, amma onlar etmədi. Bizə söz verdilər ki, oradakı terrorçuları Fərat çayının şərqinə sıxışdıracağıq, Menbiçi həqiqi sahiblərinə buraxacağıq, amma sözlərində durmadılar".

Qeyd edək ki, Suriyada vətəndaş müharibəsi 2011-ci ilin mart ayında başlayıb və bu günə kimi silahlı qarşıdurmalar zamanı on minlərlə insan həyatını itirb, milyonlarla insan öz evlərindən didərgin düşüb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ağ Evin sabiq rəhbəri Barak Obamanın Suriya məsələsində onu aldatdığını ilk dəfə etiraf edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-24-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap