header

 Şəkidə hakimiyyət nümayəndələri ilə dindarlar arasında qarşıdurma

Bu gün Şəkidə yerli hakimiyyətin nümayəndələri ilə dindarlar arasında qarşıdurma olub.

Xan məscidinin muzeyə çevrilməsinə Qışlaq məscidində toplaşanlar etiraz edib.


Qışlaq məscidinin əarazisində xeyli etirazçı və polis qüvvələri toplaşıb.


Hadisənin şahidləri olan rayon sakinləri bildiriblər ki, Xan məsidinə rayon Turizm İdarəsinin rəhbəri gələrək məscidin boşaldılmasını tələb edib. Turizm İdarəsinin rəhbəri tələbini məscidin muzeyə çevrilməsi haqqında qərarın olması ilə əsaslandırıb.

Bu tələbə dindarlar etiraz edəndən sonra qarşıdurma yaranıb və nəticədə əraziyə yeridilən polis qüvvələri dindarlardan ikisini saxlayıblar. Saxlanılanlardan biri Lətifov Cabir adlı şəxsdir.

Bir müddət sonra onların azad edilməsi xəbəri yayılıb.


Hazırda ərazi polisin nəzarəti altındadır.

Bu gün Şəkidə yerli hakimiyyətin nümayəndələri ilə dindarlar arasında qarşıdurma olub.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-23-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap