Ərdoğan: Türkiyənin qeyri-sabitliyi və zəifliyi Amerikanın məqsədidir
Posted on : Türkiyə 12/04/2017
Türkiyə prezidenti müxtəlif işlərdə Ankaranın müstəqil mövqeyi ilə əlaqədar ABŞ-ın Türkiyəni cəzalandırmaq və sabitsizləşdirmək üzrə səylərindən xəbər verib.
Rəcəb Tayyib Ərdoğan bazar günü gecə ABŞ-ın Ankaranı zəiflətmək məqsədi güdən ssenarisinə işarə edərək, deyib: Vaşinqton Türkiyənin onun siyasətlərinin mütisi olmaq istəməməsinə görə, bu ölkəni zəiflətmək və səbatsızlaşdırmaq ardıncadır.
Ərdoğan bir daha Fəthullah Güləni Türkiyənin təhlükəsizliyini problemlə üzləşdirməyə çalışan Amerika oyuncağı kimi təqdim edib.
Türkiyənin baş nazir Bin Alı Yıldırım da bundan öncə 2016-cı il 15 iyul dövlət çevrilişində ittiham olunan Fəthullah Gülənin ekstradisiya edilməsini istəmişdi.
Ancaq ABŞ rəsmiləri Türkiyə hökumətinin təqdim etdiyi sənədlərin Fəthullah Gülənin bu ölkəyə qaytarılması üçün qeyri-kafi olduğunu bildirirlər.
Türkiyə prezidenti çıxışının digər bir hissəsində ABŞ-ı Türkiyə Kürdüstanı Fəhlə Partiyası- PKK-ya dəstək verməkdə ittiham edib.
Türkiyə bu ölkənin şimalında suriyalı kürd qüvvələrin iştirakını öz təhlükəsizliyi üçün bir təhdid hesab edir.
Belə bir halda, Ağ Ev son zamanlar Suriyadakı tərəfdaşlarına hərbi yardım göndərməyi qüdrətlə davam etdirəcəyini bildirib.
Ərdoğanın qənaətincə, Vaşinqtonun Suriyadakı siyasətlər silsiləsi ondan xəbər verir ki, ABŞ Suriyada və regionda məzlumları müdafiə etməyə deyil, regionun coğrafi quruluşunu dəyişdirməyə çalışır.