Səudiyyə Fələstin liderini təhdid etdi: Bizimlə birgə İrana qarşı olmalısan
Posted on : Digər sahələr 11/12/2017
Səudiyyə Fələstin başçısına ultimatum verib.
Səudiyyə Ərəbistanı hakimiyyəti Fələstin başçısı Mahmud Abbasa ultimatum verib. Ondan tələb edilib ki, ABŞ Prezidenti Donald Trampın tezliklə elan edəcəyi “sülh təşəbbüsünü” qəbul etsin.
Əks halda isə, rəsmi ər-Riyad fələstinli liderin istefasına nail olmağa çalışacaq.
Xatırladaq ki, bu günlərdə Səudiyyə paytaxtında Mahmud Abbasla kral Salman və onun oğlu arasında danışıqlar baş tutub. Maraqlıdır ki, yerli KİV-lərin qeyd etdiyinə əsasən, Abbas, sözün əsl mənasında, kralın ayağına çağırılıb.
Bəzi məlumata görə, rəsmi ər-Riyad istəyir ki, Fələstin, Səudiyyə Ərəbistanının İrana qarşı qurğudu koalisiyaya qoşulsun. Sözügedən ittifaqın yaradılması şəxsən Tramp tərəfindən dəstəklənir.