Zərif: Tramın cəfəngiyatları İran xalqının əzminə təsir edə bilməyəcək!
Posted on : iran 10/24/2017
İran XİN başçısı ABŞ Prezidentinin sözlərinə münasibət bildirib.
İslamazeri.com-un "ParsToday"-ə istinadən verdiyi xəbərə əsasən, İranın xarici işlər naziri Muhəmməd Cavad Zərif ötən gün Cənubi Afrika Respublikasında yaşayan iranlıların qarşısında çıxış edərkən bildirib ki, ABŞ Prezidenti Donald Trampın sayıqlamaları İran xalqının mətanətinə, müqavimətinə və böyüklüyünə zərrə qədər də təsir etməyəcək.
O, İran xalqını ölkəsinin inkişafının və təhlükəsizliyinin dayağı adlandırıb və əlavə edib ki, İran İslam Respublikası xalqının dəstəyi sayəsində ötən 40 il ərzində şərəf və ləyaqətlə ona qarşı olan təzyiqlər, aqressiya və sanksiyaları dəf edə bilib.
İranın öz qüdrəti və inkişafına görə heç kəsə borclu olmadığını qeyd edən Zərif bildirib ki, regiondakı heç bir ölkə İrandakı qədər təhlükəsizliyə sahib deyil.
Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinin Yəməndəki cinayətlərinə işarə edən iranlı nazir deyib ki, Səud rejimi neftdən əldə etdiyi dollarların hesabına ABŞ-dan silah alır və bu silahlarla da Yəmənin məzlum xalqına qarşı qırğın törədir.