header

 Ultra-ortodoks yəhudilər "Qəzəb günü" elan etdilər: "Həbsə gedərik, amma orduda xidmət etmərik!"

Ultra-ortodoks yəhudilər etiraz aksiyaları keçirirlər.

İslamazeri.com-un İsrail mediasına istinadən verdiyi xəbərə əsasən, artıq 4 gün ard-ardadır ki, ultra-ortodoks yəhudilər ÇAXAL-da (İsrail rejiminin Müdafiə Ordusunda) təhsil alanların çağırışlarına və siyasi təmayülçü və fərarilərin həbslərinə qarşı intensiv etiraz aksiyaları keçirirlər. Bu gün (19 oktyabr) səhər saatlarında nümayişçilər "Qəzəb günü" elan ediblər və Modiin şəhərinin yaxınlığındakı yolu bağlayıblar.

Onların etirazları "Həbsə getmək, orduya getməkdən daha yaxşıdır" şüarı altında keçirilir. Aksiyada ultra-ortodoksluğun "Yerusəlim (Qüds) qanadının" onlarla nümayəndəsi iştirak edir. Onlara Şmuel Oyerbax adlı ravvin başçılıq edir.

Gün ərzində Qüds, Bney-Brak və digər şəhərlərdə də oxşar aksiyaların keçiriləcəyi gözlənilir.

"Tövrat dünyasının xilası komitəsi"ni təmsil edən Ravvin Avraam Menkes polisi zorakılıq tətbiq etməkdə ittiham edir. Polis etiraz aksiyaları keçirmiş digər dəstələrə nisbətdə ortodokslara qarşı daha sərtdir.

Xatırladaq ki, ötən gün Qüdsdə haredimlərlə (ultra-ortodokslarla) təhlükəsizlik qüvvələri arasındakı toqquşmalar davam edib. Etirazçılar fərarilikdə ittiham edilən 6 nəfərin həbsinə mane olmağa çalışsalar da, onlar tutulublar.

Bundan sonra onlarla haredim öz bədənləri ilə Həbsxana İdarəsinin avtomobilinin yolunu kəsiblər. Daha 6 etirazçı da dindirilmək üçün tutulub.

Bundan başqa, Maale-Adumim yaxınlığında daha 3 etirazçı yolu kəsdiyi üçün tutulub.

Ultra-ortodoks yəhudilər etiraz aksiyaları keçirirlər.
Admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-19-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap