header

 Manamada Bəhreyn-İsrail əlaqələrinə qarşı etiraz aksiyası keçirilib - VİDEO

Polis nümayişçilərə qarşı zor tətbiq edib, İsrail əleyhinə tədbirin keçirilməsinə imkan verməyib.

Dünən Bəhreyndə hökumətin İsraillə əlaqələrin normallaşdırılması siyasətinə etiraz olaraq aksiya keçirilib.

İslamazeri.com "Press TV"-yə istinadla xəbər verir ki, polis qüvvələri etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edib. Etiraz yürüşləri paytaxt Manamanın ətraf ərazisindəki Şəkura küçəsində, eləcə də Əbu-Səbih, Nüveydrə və Məamir rayonlarında baş tutub.

Müxalif "Vəfa" hərəkatının məlumatına görə, etirazçılar Bəhreyn və İsrail rejimləri əleyhinə şüarlar səsləndiriblər. Nümayişdə İsrail və Britaniya bayraqları yandırılıb.

Bəhreynin Milli Demokratik Fəaliyyət Cəmiyyəti (Vəd) isə yaydığı məlumatda bildirib ki, həmin gün siyasi təşkilatın ofisində keçirilməli olan İsrail əleyhinə simpoziuma mane olub və tədbir baş tutmayıb. Təşkilat, həmçinin bədnam Balfor bəyannaməsinin ildönümü və sionist hərəkatının planlarına həsr olunmuş tədbirə dəvət edilənlərdən üzr istəyib.



Polis nümayişçilərə qarşı zor tətbiq edib, İsrail əleyhinə tədbirin keçirilməsinə imkan verməyib.
Admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-19-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap