header

 Trampın əbləhliyi bizi Amerikanın məkrindən qafil etməməlidir-Foto

Trampın əbləhliyi bizi Amerikanın məkrindən qafil etməməlidir...Əgər qarşı tərəf nüvə sazişini cırsa biz onu xırda-xırda doğrayarıq... Avropalılar da Amerikanın təhdid sözünü qəbul etsələr, o zaman onları qəbul etməyəcəyik

 bunu İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei iranın gənc elmi simalarını qəbul edərkən deyib.

 

Trampı əbləh adlandıran Ali lideri bəyan edib ki onun çıxışlarına cavab vermək və bununla vaxt itirmək lazım deyil;

 

“Amerikanın ağzının danışığını bilməyən prezidentinin hərzə danışığına cavab verməyə vaxt sərf etmək istəmirəm. Biri onun cavabını vermək istəyirsə vaxtını itirmiş kimidir. Onun əbləhliyi Amerikanın məkrindən qafil olmağımıza gətirib çıxarmamalıdır”

 

İslam İnqilabının Ali lideri iranlı gənc elmi simalara elmi inkişafla bağlı belə tövsiyə verib:

 

“Biriləri 100 il öncə deyirdilər ki inkişaf etmək üçün qərbin arxası ilə getməlisiniz. Nə olsun biz 50 il Pəhləvinin dövründə qərbin arxasınca idik. Hansı inkişafa naol olduq? Bağlılıq çarəsizliklə nəticələnir. Bağlılıqdan qurtulmanın bir yolu elmi inkişafdır. Bizim sənayemiz montaj bəlasına düçar olub. Bu da sənaye ilə universitetin rabitəsinin baş tutumaması ilə nəticələnir. Gərək 10 il müddətində ölkə sənayesi montaj tipli sənayedən yaradıcılıq və yenilik tipinə çevrilsin”

 

Ayətullah Xamenei son günlərdə nüvə sazişinin ABŞ tərəfindən ləğv ediləcəyi haqda bunu deyib:

 

“Avropa Dövlətləri nüvə sazişinin qalmasına təkidlə yanaşırlar. Amma bu kafi deyil. Əvvəla Avropa Amerikanın qarşısında durmalıdır. İkincisi də onlar bizim müdafiə xarakterli məsələlərimizə müdaxilə etməkdən çəkinməlidirlər. “Niyə İran regiondadır, Niyə raketi var?” kimi çıxışları biz avropalılardan da qəbul etmirik. Əgər ABŞ nüvə anlaşmasını cırarsa biz onu xırda-xırda doğrayarıq”


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Trampın əbləhliyi bizi Amerikanın məkrindən qafil etməməlidir...Əgər qarşı tərəf nüvə sazişini cırsa biz onu xırda-xırda doğrayarıq... Avropalılar da Amerikanın təhdid sözünü qəbul etsələr, o zaman onları qəbul etməyəcəyik
Admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-18-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap