Ayətullah Sistani onu fasiq adlandıran vəhhabi aliminə belə cavab verdi-Video
Posted on : Digər sahələr 10/16/2017 1:00:34 PM
Bəni-Üməyyə tərəfdarı olan tanınmış vəhhabi alimin söyüşü və İmam Hüseynin nəslindən gələn Ayətullah Sistaninin buna cavabı
İnsanları
Suriya və İraqa “cihad” etməyə səsləyən vəhhabi alimlərindən biri də Məhəmməd əl-Ureyfidir.
O çıxışlarında əsasən şiələri və sonradan şiə olan şəxsləri təkfir etməklə məşğul
olur. Səudiyyə rejiminin ölkə xairicindəki siyasətinə uyğun olaraq, radikallığı
və təkfirçiliyi rəvac verən təbliğat aparatlarından biridir.
O, cümə namazı
xütbələrinin birində Ayətullah Sistani haqda deyir:
“Husilər
danışıqlar zamanı tələb edirlər ki onlarla Yəmən hökuməti və Səudiyyə arasında
vasitəçiliyi Ayətullah Sistani etməlidir. Bu, onların şiəliyə sarı getməsinə dəlalət
edir. Onlar heç olmasa demirlər ki vasitəçi Səudiyyədəki “Böyük Alimlər Şurası”
olsun. Heç olmasa əl-Əzhərdəki Fətva Komitəsinin vasitəçi olmasını demirlər. Ya
da Məkkə hərəminin imamını vasitəçi kimi qəbul etmirlər. Yəni onlar müsəlmanların
yekdilliklə elm əhli və şeyx hesab etdiyi birini deyil, İraqın bir küncündə
olan facir, fasiq və zındığ birisinin vasitəçi olmasını istəyirlər.”
Nəcəf şəhərində
yaşayan tanınmış alim şeyx Cəfər əl-ibrahimi, Ayətullah Sistanin bu sözlərə
cavab verməsi haqda belə deyir:
“Onların ən
yüksək alimlərindən biri Ayətullah Sistani haqda fasiq, zındığ və facir dedi.
Ayətullah Sistaniyə bunu dedilər o da cavab verdi ki, Allah onu
bağışlasın, mən onun üçün çox dua etdim”