header

 Həsən Ruhani: İranın raketlərindən danışanlar Yəməndə əhaliyə yağdırılan bombalardan danışmırlar

Nyu-Yorkda BMT Baş Assambleyasında olan İran prezidenti jurnalistlərin suallarını cavablandırıb.

Nyu-Yorkda səfərdə olan İran Prezidenti Həsən Ruhani ölkəsinin raket proqramı ilə bağlı ABŞ-ın ittihamlarını rədd edib.

 

İslamazeri.com "PressTV"-yə istinadla xəbər verir ki, İran Prezidenti regional və qlobal təhdidlərə qarşı çıxa bilmək üçün ölkəsinin raket potensialını durmadan gücləndirəcəyini bəyan edib.

 

Amerikalı media mənsubları ilə söhbətində Ruhani deyib: "Xalqımız regional təhlükələrə qarşı fəaliyyətsiz dayana bilməz. İranın raket sənayesi yalnız müdafiə məqsədlərinə xidmət edir. Heç kəs bizə etiraz edə bilməz ki, niyə özünüzü qoruyursunuz. İran xalqı raket istehsalına və özünümüdafiə üçün digər hərbi texnikaların ərsəyə gətirilməsinə bundan sonra da davam edəcək. Hakimiyyətin ən böyük məsuliyyəti öz xalqını və milli təhlükəsiziyi qorumaqdır".

 

"İranın milli müdafiə proqramı barədə uzun-uzadı danışanlar, nədənsə, hər gün Yəməndə dinc əhalinin başına yağdırılan raketlərdən heç danışmırlar", - İranın hökumət başçısı qeyd edib.

Nyu-Yorkda BMT Baş Assambleyasında olan İran prezidenti jurnalistlərin suallarını cavablandırıb.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:34 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap