İranın ilk yardım yükü Rohinca müsəlmanları arasında paylandı
Posted on : Digər sahələr 10/16/2017 1:00:34 PM
İranın ilk humanitar yardım yükü Banqladeşdə Rohinca müsəlmanları düşərgələrində paylanılıb
İRNA-nın məlumatına
görə, İranın Qırmızı Aypara Cəmiyyətinin Xilasetmə və Nicat Təşkilatının sədri
Mürtəza Səlimi deyib: İranın Qırmızı Aypara Cəmiyyətinin humanitar yardım
yükünün paylanılması əməliyyatının ilkin mərhələsi şənbə günü Banqladeşin
Qırmızı Aypara Cəmiyyətinin nəzarəti altında Rohincalı müsəlman didərginlərin
yerləşdiyi Oxya, Ton Kali və Kutubalanqu düşərgələrində həyata keçirilib.
Mürtəza Səlimi
həmçinin deyib: İranın humanitar yardım
yükü dərman preparatları, zəruri hallarda istifadə edilməsi üçün nəzərdə
tutulmuş ərzaq paketləri, çadırlar, odeyallar, palazlar və müxtəlif növ
konservalardan ibarət olub. Ümumi çəkisi 40 ton olan bu yardım yükü Rohincalı
müsəlman didərginlərin məskunlaşdığı düşərgələrdə paylanılıb.
O, həmçinin
deyib: İranın Qırmızı Aypara Cəmiyyəti tərəfindən Rohinca müsəlmanları üçün nəzərdə
tutulmuş humanitar yardım yükünün ümumu çəkisi 160 tondur. Bu yardımlar ərzaq məhsulları,
dərman preparatları və sanitariya məhsullarından ibarətdir. Bu yardımlar bir
neçə mərhələdə və qarşıdan gələn günlər ərzində təyyarə vasitəsi ilə Banqladeşə
göndəriləcək.
Myanma
ordusunun Raxin vilayətində Rohinca müsəlmanlarına hücum etməsi nəticəsində
minlərlə nəfər həlak olub, 400 min nəfər isə Banqladeşə sığınmağa məcbur olub.