Tehran dini tələbələri Myanma müsəlmanlarının qırğın edilməsini pisləyib
Posted on : Digər sahələr 10/16/2017 1:00:34 PM
Tehran Dini Elm Hövzələrinin bir qrup müəllimi və tələbəsi məzlum Myuanma müsəlmanlarına dəstək olaraq Tehranda BMT ofisi qarşısına toplaşıb.
İRİB-in məlumatına
görə, Tehran Dini Elm Hövzələrinin müəllim və tələbələri bu aksiyada Myanma müsəlmanlarının
qırğın edilməsini və beynəlxalq təşkilatların sükutunu qınayan şüarlar səsləndiriblər.
Aksiyanın
sonunda oxunan bəyanatda BMT, islam ölkələri və İran İslam Respublikası rəsmilərinin
Myanma müsəlmanlarının qırğın edilməsi məsələsinə diqqət yetirmələri
vurğulanıb.
Myanma
ordusunun Raxin əyalətində rohinca müsəlmanlarına hücumları nəticəsində minlərlə
nəfər həlak olub, yaralanıb və 400 min nəfər didərgin düşüb.