Dövlət Komitəsinin sədri Məhərrəmlik ayı ilə bağlı əzadarlara müraciət edib
Posted on : Digər sahələr 10/16/2017 1:00:33 PM
"Mikrofondan əzadarlıq üçün istifadə etmək qadağan edilməyib."
Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qarşıdan gələn Məhərrəm ayı
ilə bağlı vətəndaşlara müraciət edib.
SalamNews xəbər
verir ki, komitə sədri bu gün Qafqaz Müsılmanları İdarəsində keçirilmiş mərasimdə
bildirib ki, Məhərrəmlik ayı ilə bağlı əzadarlıq mərasimləri məscid daxilində
keçirilməlidir:
"Hərdən
deyirlər ki, əzadarlıq zamanı mikrofondan istifadə etmək qadağandır. Xeyr,
mikrofondan əzadarlıq üçün istifadə etmək qadağan edilməyib. Ona heç kim məhdudiyyət
qoymayıb. Lakin burada bir məqama diqqət yetirmək lazimdir. Məsələn, əgər iki məscid
arasında məsafə azdırsa, əzadarlıq zamanı səs gücləndircilərdən ehtiyatla
istifadə edilməlidir. Çünki səs başqa məsciddə gedən əzadarlıq mərasiminə mane
ola bilər. Bir sözlə, çalışmalıyıq ki, əzadarılq mərasimləri keçirərkən diqqətli
olaq və heç kimə narahatçılıq törətməyək. Bütün mərasimlər məscidlərin daxilində
keçirilməlidir".