İran ilk mərhələdə Myanmaya 100 ton yardım yükü göndərib-Video
Posted on : Digər sahələr 10/16/2017 1:00:33 PM
İranın Qırmızı Aypara Cəmiyyəti ötən gün Myanmaya 100 ton yardım yükü göndərib
İran Xarici İşlər
Nazirliyinin rəsmisi İbrahim Rəhimpur bundan öncə məlumat verib ki İran
deputatları və tibbi yardım heyəti Myanmaya yollanırlar.
Bildirlmişdi
ki, iranlı həkimlərdən ibarət tibbi yardım qrupu Myanmaya yollanacaq və lazımi
bölgələrdə səyyar xəstəxana qurulacaq.
Digər tərəfdən
İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədri Əlauddin Brucerdi də
bəyan edib ki, ölkə deputatlarından ibarət işçi qrupu yaxın günlərdə Myanmaya
yollanacaq.
Qeyd edək ki,
ötən ayın 25-dən başlayaraq Myanmada ordunun basqınlarından və radikal buddistlərin
hücumunda sonra 370 minə yaxın rohinca müsəlmanı Arakan əyalətindən Banqladeş sərhədlərinə
sığınıblar./